...

ABŞ hökuməti Əlavə Qidalanma Yardım Proqramını yalnız qismən maliyyələşdirəcək

Dünya xəbərləri Materials 4 Noyabr 2025 02:56 (UTC +04:00)
ABŞ hökuməti Əlavə Qidalanma Yardım Proqramını yalnız qismən maliyyələşdirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqton administrasiyası Əlavə Qidalanma Yardım Proqramını (SNAP) tam deyil, qismən maliyyələşdirməyi öhdəsinə götürüb.

Trend “ABC News”a istinadən xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Departamentinin yüksək vəzifəli nümayəndəsi federal məhkəmədə məlumat verib.

Bəyanatda qeyd olunur ki, Tramp administrasiyası proqram üçün 8 milyard dollar əvəzinə 4,65 milyard dollar ayırmağı planlaşdırır.

Bu qərar Rod-Aylend məhkəməsinin 31 oktyabr tarixində qəbul etdiyi qərara qismən cavab olaraq verilib. Həmin qərarda hökumətin bağlanması fonunda Tramp administrasiyasına təxminən 42 milyon amerikalıya ərzaq yardımı üçün maliyyə təmin etməsi tapşırılmışdı.

Beləliklə, proqram vasitəsilə ölkənin aztəminatlı və həssas təbəqəsinin yalnız yarısının ehtiyacları ödəniləcək.

Ərzaq, Qidalanma və İstehlakçı Xidmətləri Departamentinin katibi Patrik Penn bildirib ki, ayrılan 4,65 milyard dollar SNAP proqramının ehtiyat fondunu tamamilə tükəndirəcək.

Xəbər lenti

Xəbər lenti