...

Böyük Britaniyada sığınacaq müraciətlərinin sayı rekord həddə çatıb

Dünya xəbərləri Materials 4 Noyabr 2025 06:25 (UTC +04:00)
Böyük Britaniyada sığınacaq müraciətlərinin sayı rekord həddə çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Böyük Britaniyada sığınacaq üçün edilən müraciətlərin sayı 108 mini keçərək ölkə tarixində rekord göstəriciyə çevrilib.

Trend xəbər verir ki, bu barədə “The Times” qəzeti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, 2024-cü ildə sığınacaq üçün müraciət edənlərin sayı əvvəlki illə müqayisədə 28 faiz artıb. 2023-cü ildə bu göstərici 84 min təşkil edib. 1979-cu ildən bəri belə yüksək rəqəm qeydə alınmayıb. Əvvəlki rekord 2002-ci ildə 103 min müraciətlə müəyyən olunmuşdu.

OECD bildirib ki, ötən il 44 min miqrant Böyük Britaniyaya qeyri-qanuni yollarla daxil olmağa cəhd edib. Onların əksəriyyəti qaçaqmalçıların köməyi ilə şişmə qayıqlarda La-Manş boğazını keçiblər. 2023-cü ildə bu cəhdlərin sayı 38 min olub.

Qeyri-qanuni miqrantların əsas hissəsi Pakistandan (10 mindən çox), eləcə də Əfqanıstan və İrandan (hər biri təxminən 8 min nəfər) gələn şəxslərdir.

Xəbər lenti

Xəbər lenti