...

ABŞ Senatı şatdaunun ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib

Dünya xəbərləri Materials 10 Noyabr 2025 08:31 (UTC +04:00)
ABŞ Senatı şatdaunun ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib

Bakı. Trend:

ABŞ Senatında şatdauna son qoymaq üçün güzəştli maliyyələşdirmə layihəsi üzrə səsvermə keçirilib.

Trend xəbər verir ki, layihə 60 lehinə, 40 əleyhinə səs toplayıb. Daha əvvəl də elan etdikləri kimi, Demokratlar Partiyasından olan 8 senator səsvermə zamanı layihəni dəstəkləyib. Səsvermə yerli vaxtla bazar günü axşam saat 20:00 radələrində başlayıb və 3 saata yaxın davam edib. Həftəsonu olduğundan 60 səsli baryeri keçmək üçün bəzi senatorların səsverməyə qatılması zaman alıb.

Bu səsvermə hökumətin açılması demək deyil, lakin bu istiqamətdə həlledici addımdır. Şatdaunun ləğvi üçün layihə Nümayəndələr Palatasında səsverməyə çıxarılmalı və Prezident tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, layihə hökumətin ilin sonuna kimi maliyyələşməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti