Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Gürcüstanla dostluqdan danışsa da, əslində ölkədə inqilab hazırlayır.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, Aİ Gürcüstanda hakimiyyət çevrilişinə cəhd, ekstremizm və zorakılığı təşviq etməkdə ittiham olunur.
Kaladze əlavə edib ki, Gürcüstanın daxili işlərinə bu cür müdaxilələr ölkənin sabitliyinə təhlükə yaradır.