...

Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 10 Noyabr 2025 23:53 (UTC +04:00)
Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Türkiyənin qərbindəki Balıkesir vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Sındırqı şəhəri ərazisində, 9,6 km dərinlikdə yerləşib. Daha sonra ən güclüsü 3,6 bal gücündə olan afterşoklar baş verib.

Dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti