Bakı. Trend:
ABŞ və İsveçrə növbəti iki həftə ərzində İsveçrə ixracına 15 faiz rüsumlar tətbiq etməyi nəzərdə tutan ticarət razılaşmasına nail olmaq imkanına malikdirlər.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.
"Məsələnin mahiyyəti ilə tanış olan şəxslərin sözlərinə görə, İsveçrə ABŞ-a ixrac edilən mallara 15% rüsüm tətbiq etmək üçün razılığa gəlməyə yaxındır. Bu, ABŞ-nin avqust ayında İsveçrəni 39 faiz rüsumlarla cəzalandırmasından sonra böyük bir rahatlama olardı", - deyə bildirilib.
Mənbələr izah edib ki, razılaşmaların iki həftə ərzində əldə edilməsi gözlənilsə də, hələlik heç bir qərar verilməyib.