...

Tramp Suriya prezidenti ilə Yaxın Şərq sülhünü müzakirə edib

Dünya xəbərləri Materials 11 Noyabr 2025 05:46 (UTC +04:00)
Tramp Suriya prezidenti ilə Yaxın Şərq sülhünü müzakirə edib

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampla Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şara arasında keçirilən görüşdə əsas müzakirə mövzusu Yaxın Şərqdə sülhün bərqərar olması olub.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.

"Suriyanın yeni prezidenti Əhməd Hüseyn əl-Şara ilə vaxt keçirmək mənim üçün şərəf olub. Onun əsas tərəfdarı olduğu Yaxın Şərqdə sülhün bərqərar olmasının bütün incəliklərini müzakirə etdik", - deyə D.Tramp bildirib.

ABŞ prezidenti suriyalı həmkarı ilə daha bir görüşü səbirsizliklə gözlədiyini bildirib.

"Hər kəs Yaxın Şərqdə baş verən böyük möcüzədən danışır. Sabit və uğurlu Suriya regiondakı bütün ölkələr üçün çox vacibdir", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ və Suriya prezidentləri arasında görüş 10 noyabr Bazar ertəsi günü Ağ Evdə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti