Bakı. Trend:
Türkiyənin Diyarbəkirin Kulp rayonunda inşa edilən körpü çöküb. Əraziyə çoxlu sayda xilasedici cəlb edilib.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, inşaat qəzası nəticəsində xəsarət alan dörd işçi dərhal xəstəxanaya çatdırılıb. Dağıntılar altında qalan iki işçinin xilasetmə işləri tam sürətlə davam etdirilir.
Bölgədə AFAD (Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi- red.) heyətləri fəal çalışsa da, yaralılarla bağlı ətraflı məlumat verilməyib.
