...

Türkiyə XİN başçısı Gürcüstanda qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama verib

Dünya xəbərləri Materials 11 Noyabr 2025 19:36 (UTC +04:00)
Türkiyə XİN başçısı Gürcüstanda qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan ölkəmizə qayıdan Türkiyə hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı axtarış-xilasetmə tədbirləri Türkiyə tərəfindən Gürcüstan tərəfi ilə birlikdə yaxından izlənir.

Trend xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial şəbəkəsində məlumat verib.

O bildirib: “Şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə və yaxınlarına səbr diləyirəm. Əziz millətimizin başı sağ olsun.”

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

Xəbər lenti

Xəbər lenti