...

Danimarka Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Dünya xəbərləri Materials 12 Noyabr 2025 06:24 (UTC +04:00)
Danimarka Ukraynaya yeni hərbi yardım paketi ayırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı

Danimarka Ukraynaya ümumi dəyəri 1,4 milyard kron (220 milyon ABŞ dolları) olan 28-ci hərbi yardım paketini təqdim edəcək.

Trend xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin parlamentin Xarici Əlaqələr Komitəsi ilə məsləhətləşmələrdən sonra yaydığı press-relizdə bildirilib.

Yeni paket çərçivəsində Danimarka “Danimarka modeli” vasitəsilə Ukraynanın öz hərbi-sənaye kompleksindən satınalma xərclərinin maliyyələşdirilməsi üçün əlavə 100 milyon kron (15,5 milyon ABŞ dolları) ayıracaq.

Bundan başqa, Amerika silahlarının PURL (Ukrayna Prioritet Ehtiyaclar Siyahısı) mexanizmi ilə alınmasına 372,2 milyon kron (57,7 milyon ABŞ dolları), NATO Dəstək və Təchizat Agentliyi (NSPA) vasitəsilə yanacaq təchizatı üçün isə 80 milyon kron (12,4 milyon ABŞ dolları) yönəldiləcək.

Nazirliyin məlumatına görə, 2025-ci ildə “Danimarka modeli” üzrə maliyyələşmə 2,6 milyard kron (400 milyon ABŞ dolları), 2026 və 2027-ci illərdə isə hər biri 1 milyard kron (160 milyon ABŞ dolları) həcmində olacaq.

Yeni yardım paketi ilə Danimarkanın Ukrayna Silahlı Qüvvələrinə ümumi hərbi dəstəyinin məbləği 70 milyard kronu (10,87 milyard ABŞ dolları) keçəcək.

Xəbər lenti

Xəbər lenti