...

Macarıstanda AES-inin 5-ci bloku üçün tikinti işlərinə başlanılır

Dünya xəbərləri Materials 12 Noyabr 2025 05:31 (UTC +04:00)
Macarıstanda AES-inin 5-ci bloku üçün tikinti işlərinə başlanılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan Milli Atom Enerjisi İdarəsi Paks Atom Elektrik Stansiyasının 5-ci enerji blokunun meydançasında tikinti işlərinə başlayır.

Trend xəbər verir ki, birbaşa tikinti işləri 2026-cı ilin fevral ayında start götürəcək.

“Rosatom” bildirib ki, alınan icazələr layihənin beynəlxalq, Avropa və milli nüvə təhlükəsizliyi standartlarına tam uyğundur.

Paks II Avropa İttifaqı ərazisində Rusiya tərəfindən hazırlanmış müasir VVER-1200 reaktorlarından istifadə edən ilk obyekt olacaq. Podratçı Macarıstan şirkətlərinin layihədəki payının 40 faizə çata biləcəyi gözlənilir, həmçinin Avropa, Asiya və ABŞ-dan olan podratçılar da əməkdaşlığa cəlb olunub.

Yeni enerji blokunun istismar müddəti 60 il nəzərdə tutulub, daha sonra isə 20 ilədək artırıla bilər.

Xəbər lenti

Xəbər lenti