...

Polşada yeni konstitusiya qəbul oluna bilər

Dünya xəbərləri Materials 12 Noyabr 2025 12:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa hökuməti yaxın vaxtlarda yeni konstitusiya layihəsi üzərində işə başlayacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navrotski yerli telekanala müsahibəsində bildirib.

Siyasətçinin sözlərinə görə, son iki il ərzində Polşa konstitusiyası mütəmadi olaraq pozulub. Buna görə də yaxın gələcəkdə Konstitusiya Şurası yaradılacaq. Bununla belə, prezident yeni əsas qanun layihəsinin məzmununa görə məsuliyyət daşımayacaq.

Navrotski xəbərdarlıq edib ki, əgər Polşanın əsas siyasi qüvvələri yeni konstitusiyanın əsas maddələri barədə razılığa gələ bilməsələr, gələn il bu məsələ ilə bağlı ölkədə ümummilli referendum keçirilə bilər.

Yeni konstitusiyanın hazırlanması Navrotskinin əsas seçkiqabağı vədlərindən biri olub. Hazırda qüvvədə olan konstitusiya isə 1997-ci ildə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti