Bakı. Trend:
Perunun cənubunda sərnişin avtobusunun uçuruma yuvarlanması nəticəsində azı 37 nəfər həlak olub.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, zərərçəkənlərin otuz altısı hadisə yerində keçinib, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Avtobus yük maşını ilə toqquşduqdan sonra yoldan çıxıb və uçuruma düşüb. Hadisə ilə bağlı araşdırma aparılır.
