...

Serbiya nüvə elektrik stansiyaları üzrə tədqiqatlar üçün 30 milyon avro ayırıb

Dünya xəbərləri Materials 14 Noyabr 2025 05:56 (UTC +04:00)
Serbiya nüvə elektrik stansiyaları üzrə tədqiqatlar üçün 30 milyon avro ayırıb

Bakı. Trend:

Serbiya ölkədə nüvə elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı tədqiqatlar üçün 30 milyon avro ayırıb və Fransa ilə birlikdə nüvə enerjisinin inkişaf perspektivlərini araşdıracaq.

Trend-in məlumatına görə, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra Parisdə jurnalistlərə verdiyi müsahibədə belə deyib.

Vuçiç xatırladıb ki, Belqrad əvvəllər Fransanın EDF şirkəti ilə anlaşma memorandumu imzalamışdı və hazırkı danışıqlar da həmin işin davamı idi. "Biz EDF ilə anlaşma memorandumu imzaladıq və bu, müzakirələrimizin mövzularından biri idi. Biz nüvə elektrik stansiyaları ilə bağlı ilkin tədqiqatlar üçün 30 milyon avro ayırmışıq və bu iş üzərində yeni başlayırıq", - deyə dövlər başçısı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti