Bakı. Trend:
Gürcüstan hökuməti BBC-nin yaydığı yalan məlumata görə beynəlxalq məhkəmə qarşısında cavab verəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Gürcü Arzusu – Demokratik Gürcüstan” hakim partiyasının bəyanatında bildirilir.
Bəyanata əsasən, BBC Gürcüstanla bağlı məqalədə mitinqlərin birində etirazçılara qarşı polis tərəfindən kimyəvi silahdan istifadə olunduğuna dair həqiqətə uyğun olmayan məlumat dərc edib.
Məqalənin müəlliflərinin gəldiyi nəticələr Tbilisidəki etiraz aksiyalarının iştirakçılarının şərhlərinə əsaslanıb.
“Bir neçə gün əvvəl yayılan yalanlara görə BBC-nin direktoru və xəbərlər rəhbəri istefa verməyə məcbur oldular. İndi isə yeni çılğınlıq ortaya atıblar, guya Gürcüstan etirazçılara qarşı müharibə dövrünün kimyəvi silahından istifadə edib. Bilirsinizmi, onlar kimə və nəyə "əsaslanırlar"? Çaxunaşvili, Xasaya, Qiqauri, Şaişmeliaşvili və başqalarına. Bizim ‘radikal agentlər’ də bunu sosial şəbəkələrdə ciddi şəkildə yayırlar. Bu insanların nə vəziyyətə salındığını, hansı duruma gətirildiyini anlamaq çox asandır. Bu artıq beyin yuma deyil , cəmiyyətə qarşı ciddi təhqirdir. Eyni zamanda agenturanın və onların himayəçilərinin fəaliyyətinin miqyasını və absurdluğunu daha aydın göstərir”, – deyə “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının parlament fraksiyasının lideri İrakli Kirtsxaliya bildirib.
