...

Fitso Aİ-nin iqlim siyasətini yenidən nəzərdən keçirmək çağırışlarına qoşulub

Dünya xəbərləri Materials 2 Dekabr 2025 02:30 (UTC +04:00)
Fitso Aİ-nin iqlim siyasətini yenidən nəzərdən keçirmək çağırışlarına qoşulub

Bakı. Trend:

Slovakiyanın Baş naziri Robert Fitso Avropa hökumət başçılarının Avropa Komissiyasına AI-nin iqlim siyasətinə yenidən baxılmasını tələb edən məktubunu imzalayıb.

Trend-in məlumatına görə, bu barədə hökumət başçısı jurnalistlərə deyib.

"İtaliyanın Baş naziri Corci Meloni başda olmaqla bir neçə baş nazirin Avropa Komissiyasının rəhbərinə ünvanladığı birgə məktubu imzaladım. Məktub iqlimin qorunması məsələsində ideoloji dogmatizmi rədd edir", - deyə R.Fitso bildirib.

"Biz yalnız bir həlli rədd edirik, sanki başqa həll yolu yoxdur. Eyni ruhda, ötən həftə sonu Almaniyada baş verənləri diqqətlə izlədik. Hakim koalisiyadakı partiyalar 2035-ci ilə qədər daxili yanma mühərrikli nəqliyyat vasitələrinin istehsalını və satışını qadağan etmək üçün iddialı plana düzəliş etməyi Aİ-dən xahiş etmək barədə razılığa gəldilər", - deyə o əlavə edib.

Avropa Komissiyasının təklifinə əsasən, Avropa İttifaqı 2035-ci ilə qədər daxili yanma mühərrikli nəqliyyat vasitələrinin istehsalından tamamilə imtina etməlidir. Bu layihə Slovakiya və icmanın bəzi digər üzv dövlətləri tərəfindən tənqid olunur.

Xəbər lenti

Xəbər lenti