Bakı. Trend:
Gələn ilin fevralın 1-də Yaponiyanın son “Michibiki” peyki QZSS regional yerləşdirmə sisteminin bir hissəsi kimi orbitə buraxılacaq.
Trend-in məlumatına görə, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.
“Michibiki” seriyasının növbəti buraxılışı isə 7 dekabr 2025-ci ilə planlaşdırılıb. Fevralın 1-dən sonra orbitdə yeddi “Michibiki” peykinin olması Yaponiyaya QZSS sistemini xarici peyk xidmətlərinə ehtiyac qalmadan etibarlı şəkildə idarə etməyə imkan verəcək.
“Yapon GPS-i” kimi tanınan QZSS smartfonlar və digər cihazların yerinin müəyyən edilməsinin dəqiqliyini artırmaqla yanaşı, radio əhatə dairəsi məhdud olan bölgələrdə zəlzələ və digər təbii fəlakətlərlə bağlı fövqəladə xəbərdarlıqların ötürülməsini təmin edir. Mülki istifadəçilər üçün QZSS-in yerüstü obyektlərin koordinatlarının müəyyən edilməsində dəqiqliyi Amerika GPS-ində bir neçə metr olduğu halda, cəmi bir neçə santimetr təşkil edir.