...

Rusiyanın daha bir gəmisi Türkiyə sahilləri yaxınlığında hücuma məruz qalıb

Dünya xəbərləri Materials 2 Dekabr 2025 13:03 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan tanker Qara Dənizdə dəniz dronlarının hücumuna məruz qalıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumata görə, “MIDVOLGA-2” tankeri Türkiyə sahillərindən təxminən 130 kilometr (80 mil) məsafədə hücuma məruz qalıb. 13 nəfərlik ekipaj təhlükəsizdir və gəmidən heç bir kömək çağırışı göndərilməyib.

Qərb KİV-də hücumun Ukrayna hərbi donanmasına aid dronlar tərəfindən həyata keçirildiyi bildirilir.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl Gambiya bayrağı altında Rusiyaya doğru üzən və göyərtəsində yük daşımayan “Kairos” və “Virat” tankerleri 28 noyabrda Qara dənizdə Türkiyə sahillərindən müvafiq olaraq 28 və 38 dəniz mil məsafədə olarkən yardım siqnalı göndəriblər. Onların da eynilə dron hücumuna məruz qaldığı bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti