...

Apple süni intellekt strategiyalarına cavabdeh vitse-prezidentinin ayrıldığını açıqlayıb

Dünya xəbərləri Materials 2 Dekabr 2025 22:36 (UTC +04:00)
Apple süni intellekt strategiyalarına cavabdeh vitse-prezidentinin ayrıldığını açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Apple texnologiya şirkəti maşın təlimi və süni intellekt texnologiyalarının inkişafı strategiyalarına cavabdeh vitse-prezident Con Cannandreanın vəzifəsindən getdiyini elan edib.

Trend xəbər verir ki, məlumat şirkətin yaydığı press-relizdə əksini tapıb. 2018-ci ildə Apple-a qoşulan Cannandrea 2026-cı ilin yazında şirkətdən tam ayrılacaq.

Həmin vaxta qədər o, şirkətə məsləhətçi qismində dəstək verməyə davam edəcək. Onun vəzifədən getməsinin səbəbləri açıqlanmır.

Şirkətin məlumatına görə, iyul ayında Apple komandasına qoşulan süni intellekt tədqiqatçısı Amar Subramanya süni intellekt üzrə vitse-prezident təyin edilib və baş vitse-prezident Kreyq Federiqinin rəhbərliyi altında çalışacaq. Subramanyanın rəhbərliyi ilə Google özünün Gemini adlı çatbotunu hazırlayıb.

Xəbər lenti

Xəbər lenti