Bakı. Trend:
ABŞ-nin "OpenAI" şirkəti tərəfindən hazırlanmış "ChatGPT" çatbotunda nasazlıq baş verib və bu, bir sıra ölkələrdə müşahidə edilib.
Trend xəbər verir ki, məlumat "Downdetector" portalında yer alıb.
Ən çox şikayətlər ABŞ-dən daxil olub – 2300-dən çox istifadəçi problemlərlə üzləşib. Onlardan 62%-i vebsaytla bağlı çətinlikləri, 32%-i "ChatGPT"nin işində fasilələri, 6%-i isə proqrama daxil olmaqda çətinlikləri qeyd edib.
Bundan əlavə, 32 min insan "OpenAI"nin digər xidmətlərindən də şikayət edib. Nasazlıq Avstraliya, Böyük Britaniya, Yaponiya və digər ölkələrdə də qeydə alınıb.
