...

Londonda Faberjenin “Qış yumurtası” rekord qiymətə satılıb

Dünya xəbərləri Materials 3 Dekabr 2025 06:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya imperatoru II Nikolayın kolleksiyasına aid Faberjenin “Qış yumurtası” Londonda 19,5 milyon funt sterlinqə (25,7 milyon dollar) satılaraq bu növ zərgərlik məmulatları üçün yeni rekord müəyyən edib.

Trend xəbər verir ki, bu barədə "Christie's" hərracından sonra hərrac mütəxəssisi Yu Ge Van məlumat verib.

Onun sözlərinə görə, komissiya da daxil olmaqla, alıcı əşya üçün ümumilikdə 22,9 milyon funt sterlinq (30,2 milyon dollar) ödəyəcək.

Qeyd olunub ki, "Qış yumurtası" II Nikolayın anası, imperatriça Mariya Feodorovnaya 1913-cü il Pasxa bayramı münasibətilə hədiyyə edilib. Yumurtanın gövdəsi qaya büllurundan hazırlanıb və içi brilyantlarla bəzədilib.

Xəbər lenti

Xəbər lenti