...

Almaniya Prezidentinin Böyük Britaniyaya 27 ildən sonra ilk dövlət səfəri başlayır

Dünya xəbərləri Materials 3 Dekabr 2025 08:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbenderin Kral III Çarlzın dəvəti ilə Böyük Britaniyaya dövlət səfəri başlanır.

Trend xəbər verir ki, bu, son 27 ildə Almaniya Prezidentinin Birləşmiş Krallığa ilk dövlət səfəridir.

Dekabrın 5-dək davam edəcək səfər çərçivəsində Prezident cütlüyü Vindzor sarayında Kral III Çarlz və Kraliça Kamilla tərəfindən rəsmi şəkildə qarşılanacaq. Günün ikinci yarısında Ştaynmayerin Baş nazir Kir Starmer ilə görüşü planlaşdırılır. Səfərin ilk günü Vindzor sarayında təşkil olunacaq dövlət ziyafəti ilə yekunlaşacaq.

Səfərin ikinci günündə Prezident və xanımı Kraliça II Elizabetin məzarını ziyarət edəcək, vətəndaş cəmiyyəti fəalları və könüllülərlə görüşəcək, həmçinin Britaniya parlamentində çıxış edəcəklər.

Sonuncu gün Ştaynmayer Koventri şəhərinə səfər edəcək. Burada Koventri katedralı ilə tanışlıq, alman və britaniyalı hərbçilərlə görüş, eləcə də “Siemens Healthineers” şirkətinə başçəkmə planlaşdırılır. Səfər Prezidentə Oksford Universitetinin fəxri doktoru adının təqdim olunması mərasimi ilə başa çatacaq.

Xəbər lenti

Xəbər lenti