...

Türkiyə və Finlandiya prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 3 Dekabr 2025 19:37 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Finlandiyalı həmkarı Aleksander Stubb arasında telefon danışığı olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan, Türkiyənin Qəzzadakı atəşkəsin tətbiqini yaxından izlədiyini və Finlandiyanın Fələstin dövlətini tanımasının məmnuniyyətverici olacağını bildirib.

Görüşdə Türkiyə ilə Finlandiya arasındakı ikitərəfli əlaqələr, həmçinin regional və qlobal məsələlər müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan, həmçinin, Türkiyənin Ukrayna ilə Rusiya arasındakı sülh prosesinin uğurla tamamlanması üçün çalışdığını və İstanbul müzakirələrinin funksional bir diplomatik platforma olaraq təsdiqləndiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti