...

Polşada dəmir yolunun partladılması cavabsız qalmayacaq - NATO Baş katibi

Dünya xəbərləri Materials 3 Dekabr 2025 20:30 (UTC +04:00)
Polşada dəmir yolunun partladılması cavabsız qalmayacaq - NATO Baş katibi

Bakı. Trend:

NATO-nun Baş katibi Mark Rütte Polşada dəmir yolu xəttinin partladılması ilə bağlı kəskin açıqlama verib.

Trend xarici KİV istinadən xəbər verir ki, o, alyansın buna cavabsız qalmayacağını bildirib.

Rüttenin sözlərinə görə, NATO ölkələri Rusiyada dəmir yolu xətlərini partlatmaq kimi addımlar atmayacaq:

“Amma biz elə edəcəyik ki, belə hərəkətlərin nəticələrini hiss edəsiniz. Çünki bu, son dərəcə məsuliyyətsiz və tamamilə qəbuledilməzdir.”

Qeyd edək ki, ötən ay Polşadan Ukraynaya uzanan dəmiryolu xəttində partlayış baş verib. Polşa hadisəni təxribat adlandırıb və məsələdə Rusiya kəşfiyyatını ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti