Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts açıqlayıb ki, hökumət yaxın illərdə kosmik təhlükəsizlik arxitekturasının qurulmasına 35 milyard avro həcmində investisiya ayıracaq.
Trend xəbər verir ki, Merts bunu "Berlin Space Technologies" şirkətinə səfəri zamanı keçirilən mətbuat konfransında deyib.
"Kommadan bir neçə il ərzində Almaniya hökuməti ümumilikdə 35 milyard avro məbləğində vəsaiti kosmik təhlükəsizlik arxitekturasının formalaşdırılmasına yönəldəcək. Burada söhbət təkcə müdafiədən yox, həm də innovasiyalardan və bu sahədə topladığımız təcrübədən gedir", – Merts bildirib.
O əlavə edib ki, ölkədə Elmi Tədqiqatlar, Texnologiyalar və Kosmos Nazirliyi fəaliyyət göstərir:
"Biz belə bir nazirliyə malikik və müxtəlif sənaye sahələri, sektorlar və ayrı-ayrı şirkətlərlə əməkdaşlıq əlaqələri qurmuşuq. Bundan başqa, dövlət vəsaitləri hesabına gələcək kosmik uçuş texnologiyalarına da investisiya yatıracağıq", – kansler deyib.
Merts, həmçinin, noyabrın sonunda Bremen şəhərində keçirilən Avropa Kosmik Agentliyinin Nazirlər Şurasının iclasını xatırladıb:
"Hazırda növbəti mərhələ üçün layihələrə 5 milyard avrodan çox vəsait ayrılıb. Bu isə göstərir ki, biz bu proqramı son dərəcə ciddi qəbul edirik və təhlükəsizliklə müdafiə sahəsində imkanlarımızı məhz bu ölçüdə qiymətləndiririk", – kansler sözlərinə yekun vurub.