...

Qlobal istiləşmə - “Ən böyük aysberq” öz statusunu itirib (FOTO)

Dünya xəbərləri Materials 4 Dekabr 2025 15:17 (UTC +04:00)
Qlobal istiləşmə - “Ən böyük aysberq” öz statusunu itirib (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“A23a” aysberqi Cənub okeanında sürüklənərkən sahəsinin təxminən 70 faizini itirdikdən sonra dünyanın ən böyük aysberqi statusunu itirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təxminən 40 ildir aysberqi müşahidə edən Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun (AAETİ) mətbuat xidməti məlumat yayıb.

AAETİ-nin məlumatına görə, aysberqin sahəsi 1 370 kvadrat kilometrə qədər azalıb ki, bu da onun ilkin sahəsinin 67 faizini təşkil edir.

“Üç ay ərzində “A23a” 22 faiz kiçilib və liderliyini D15A aysberqinə verib. Yeni liderin sahəsi 3 071 kvadrat kilometrdir ki, bu da “A23a”nın hazırkı ölçüsündən iki dəfə çoxdur. “D15A” aysberqi 2016-cı ilin yanvarında şelf buzlağından qopub və hazırda Antarktidanın Şərq hissəsində, Şahzadə Yelizaveta Torpağının sahillərinə yaxın dayazlıqda qalıb”, – deyə AAETİ mətbuat xidmətinin mütəxəssisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti