...

Aİ Şurası sanksiyalar altındakı ölkələrin siyahısını genişləndirib

Dünya xəbərləri Materials 4 Dekabr 2025 22:43 (UTC +04:00)
Aİ Şurası sanksiyalar altındakı ölkələrin siyahısını genişləndirib

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Şurası "ciddi insan hüquqlarının pozulması və sui-istifadəsi ilə mübarizə tədbirləri ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərə məruz qalan" şəxslərin, təşkilatların və orqanların siyahılarını bir il, 8 dekabr 2026-cı ilə qədər uzadıb.

Trend-in məlumatına görə, bu barədə Şuranın açıqlamasında bildirilib.

Qeyd edilib ki, bu məhdudlaşdırıcı tədbirlər hazırda 135 şəxsə və 37 təşkilata şamil olunur. Onların aktivləri dondurulub və şəxslərə və Aİ təşkilatlarına onlara vəsait, maliyyə aktivləri və ya iqtisadi resurslar təqdim etmək qadağandır. Bundan əlavə, siyahıya daxil olan şəxslərin Aİ-yə səyahət qadağası tətbiq olunub.

Sənəddə bildirilib ki, sanksiyaların uzadılması qərarı Aİ-nin insan hüquqlarının universallığını, bölünməzliyini, qarşılıqlı asılılığını və bir-biri ilə əlaqəliliyini bir daha təsdiqləyərək, bütün mövcud vasitələrdən istifadə edərək, insan hüquqlarının harada baş verməsindən asılı olmayaraq, onlara qarşı tədbirlər görmək öhdəliyini nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti