...

ABŞ 30-dan çox ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan etmək niyyətindədir

Dünya xəbərləri Materials 5 Dekabr 2025 06:54 (UTC +04:00)

Bakı. Trend:

30-dan çox ölkənin vətəndaşları üçün ABŞ-yə giriş qadağan edilə və ya məhdudlaşdırıla bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib.

"Dəqiq rəqəmi deməyəcəyəm, amma 30-dan çoxdur", - deyə o bildirib.

"Əgər [bu ölkələrin] sabit hökumətləri yoxdursa, əgər onlar bizə [ABŞ-yə daxil olmaq istəyən] insanların kim olduğunu izah edə və onları yoxlamağa kömək edə bilmirlərsə, niyə həmin ölkələrdən olan insanların ABŞ-yə daxil olmasına icazə verməliyik?", - deyə nazir əlavə edib.

Amerika KİV-ləri bildirib ki, Vaşinqton vətəndaşlarının ABŞ-yə girişi qadağan edilən və ya məhdudlaşdırılan ölkələrin siyahısını 19-dan 32-yə qədər genişləndirməyi nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti