...

X sosial şəbəkəsi 120 milyon avro cərimələndi

Dünya xəbərləri Materials 5 Dekabr 2025 21:17 (UTC +04:00)
X sosial şəbəkəsi 120 milyon avro cərimələndi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı milyarder və sahibkar İlon Maska məxsus "X" sosial şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib.

Trend xəbər verir ki, məlumatı "Bloomberg" agentliyi yayıb.

Cəriməyə səbəb platformanın kontent moderasiyası ilə bağlı Avropa İttifaqı qanunvericiliyini pozmasıdır.

Nəşr qeyd edir ki, bu addım Ağ Ev və Brüssel arasında yeni mübahisələrin yaranmasına səbəb ola bilər.

Qərarda bildirilir ki, Avropa Komissiyası "X" platformasındakı ödənişli “mavi nişan” simvolunun istifadəçiləri çaşdırdığını, platformanın araşdırmaçıların məlumatlara çıxışını məhdudlaşdırdığını və müvafiq reklam yerləşdirilməsini təmin etmədiyini müəyyən edib.

Xəbər lenti

Xəbər lenti