...

Hollandiya həbsxanasında girov götürülən əməkdaşlar azad edilib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 6 Dekabr 2025 04:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hollandiyanın Vyuqt həbsxanasında məhbuslar tərəfindən girov götürülmüş əməkdaşlar azad olunub.

Trend xəbər verir ki, bu barədə Niderland Həbsxana Xidmətinin sözçüsü Roksan Beisman məlumat verib.

Onun sözlərinə görə, Vyuqt həbsxanasında girovların azad edilməsi əməliyyatı uğurla başa çatıb: “Müəssisənin bütün işçiləri təhlükəsizlikdədir və zəruri yardım alıblar. Hadisə ilə bağlı araşdırma aparılacaq”.

xxx

22:43

Hollandiyanın Vyuqt şəhərindəki islah müəssisəsində məhbuslar həbsxana əməkdaşlarını girov götürüblər.

Trend xəbər verir ki, məlumatı "NU.nl" yayıb.

Hadisənin həbsxana xəstəxanasının psixiatriya şöbəsində baş verdiyi bildirilir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı qüvvələri müəssisəyə daxil olub.

Ədliyyə və Təhlükəsizlik Nazirliyi insidentin yalnız həbsxana daxilində baş verdiyini təsdiqləyib. Obyektin xarici perimetri boyunca heç bir əməliyyat həyata keçirilməyib.

Girovların sayı və hadisənin digər detalları barədə əlavə məlumat açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti