...

Almaniyada minlərlə məktəbli hərbi xidmət qanununa etiraz edib

Dünya xəbərləri Materials 6 Dekabr 2025 01:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın bir sıra şəhərlərində minlərlə məktəbli Bundestaqın ölkədə hərbi xidmətin yeni modeli haqqında qanun layihəsini qəbul etməsinə etiraz olaraq nümayişlərdə iştirak edib.

Trend xəbər verir ki, bir çox yeniyetmələr məcburi məktəbə davamiyyətinə baxmayaraq dərsdən yayınıblar.

Etiraz aksiyaları “Məktəblərin hərbi xidmətə çağırışa qarşı tətili” şüarı altında keçirilib. Polisin məlumatına görə, təxminən 3000 nəfər Berlində Kroytsberq rayonunun küçələri boyunca yürüş edib. Nümayişdə azyaşlı uşaqları olan valideynlər və ibtidai sinif şagirdləri də iştirak edib.

Hamburqda 1700, Dortmundda 1000 və Frankfurt-Mayndə 600-ə yaxın insan etiraz aksiyalarına qatılıb. Ölkənin cənubu – Haydelberq, Münhen və Ştutqartda da nümayişlər keçirilib.

Nümayişçilər əllərində “Bundesver üçün bir nəfər də yox, bir sent də yoxdur”, “Təhsil üçün daha çox, silah üçün daha az” və “Məcburi xidmət olmadan gələcək üçün” kimi şüarlarla yazılmış lövhələr tutublar.

Qeyd edək ki, dekabrın 5-də Bundestaq Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanunu qəbul edib. Almaniyanın müdafiə naziri Boris Pistorius tərəfindən təklif olunan qanun layihəsi gənclərin tibbi müayinədən keçməsini və hərbi qeydiyyatın bərpasını tələb edir. Potensial işə qəbul olunanlardan fiziki hazırlığı və Almaniya Silahlı Qüvvələrinə qoşulmağa hazır olduqları barədə sorğu anketlərini doldurmaları tələb olunacaq.

Xəbər lenti

Xəbər lenti