...

ABŞ və Ukrayna nümayəndələri davamlı sülh üzrə növbəti danışıqları keçirib

Dünya xəbərləri Materials 6 Dekabr 2025 03:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidentinin sülh üzrə xüsusi elçisi Stiv Uitkof və Cared Kuşner Ukraynada davamlı və ədalətli sülhün əldə olunması məqsədilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi general Andrey Qnatovla görüşüblər.

Trend-in məlumatına görə, ABŞ tərəfi görüşün nəticələrinə dair açıqlama yayıb. Bildirilib ki, son iki həftədə bu mövzuda altı görüş keçirilib.

Tərəflər ABŞ nümayəndə heyətinin Rusiyada keçirdiyi son görüşün nəticələrini, həmçinin müharibəyə son qoymaq üçün mümkün addımları müzakirə ediblər. Amerikalı və ukraynalı rəsmilər təhlükəsizlik tədbirləri çərçivəsi üzrə razılığa gəlib, davamlı sülhü təmin etmək üçün lazım olan çəkindirmə imkanlarını dəyərləndiriblər.

Qeyd olunub ki, istənilən razılaşmaya doğru real irəliləyiş Rusiyanın uzunmüddətli sülhə yönəlmiş addımlara, o cümlədən gərginliyin azaldılması və itkilərin dayandırılmasına ciddi sadiqlik göstərməsindən asılı olacaq.

Görüşdə, həmçinin Ukraynanın müharibədən sonrakı bərpası, ABŞ-Ukrayna birgə iqtisadi təşəbbüsləri və uzunmüddətli yenidənqurma layihələri müzakirə olunub. Danışıqların davamı olaraq tərəflər sabah yenidən görüşəcəklər.

Xəbər lenti

Xəbər lenti