...

İranın Azərbaycanla münasibətləri böyük əhəmiyyət kəsb edir – İran XİN

Siyasət Materials 7 Dekabr 2025 15:55 (UTC +04:00)
İranın Azərbaycanla münasibətləri böyük əhəmiyyət kəsb edir – İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Azərbaycanla münasibətləri böyük əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (7 dekabr) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında qonşuluq, mədəniyyət, tarixi ortaqlıq bağları vardır. İran diplomatik səfərlərlə iki ölkə arasındakı münasibətlərin artmasına çalışır.

“İran çox önəmli olan Qafqaz regionunda sülh və sabitliyin möhkəmlənməsinə kömək etməyə çalışır”, -deyə o qeyd edib.

Nazirlik rəsmisi deyib ki, İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Bakıya səfər edəcək. Sabah bir neçə görüşün keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti