...

Siyarto Moskvaya səfər edib

Dünya xəbərləri Materials 9 Dekabr 2025 08:58 (UTC +04:00)
Siyarto Moskvaya səfər edib

Bakı. Trend:

Macarıstanın xarici işlər naziri Peter Siyarto Moskvaya səfərə gedib.

Trend xəbər verir ki, səfərdə məqsəd iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak etməkdir. Diplomatı Macarıstan iş adamlarından ibarət nümayəndə heyətinin müşayiət edir.

Rusiya və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasları hər il Moskva və Budapeşt şəhərlərində növbə ilə keçirilir. Rusiya tərəfdən komissiyaya səhiyyə naziri Mixail Muraşko rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti