...

Cənubi Koreyada daha iki yüksək patogenli quş qripi ocağı aşkarlanıb

Dünya xəbərləri Materials 10 Dekabr 2025 21:42 (UTC +04:00)
Cənubi Koreyada daha iki yüksək patogenli quş qripi ocağı aşkarlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada yüksək patogenli quş qripinə daha iki yoluxma halı qeydə alınıb.

Trend xəbər verir ki, yeni yoluxmalar Cənubi Çhunqçhon və Kyongi əyalətlərində yerləşən quşçuluq fermalarında müəyyən edilib.

Bununla da cari mövsümdə yoluxma ocaqlarının sayı 10-a çatıb. Hazırda həmin təsərrüfatlarda epidemioloji araşdırmalar davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi quşçuluq təsərrüfatlarına virusun yayılmasının qarşısını almaq üçün qabaqlayıcı və karantin tədbirlərini gücləndirməyi tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti