Bakı. Trend:
İsveçrə parlamenti ölkənin iqtisadiyyat naziri Qi Parmeleni 2026-cı il üçün prezident seçib.
Trend xəbər verir ki, məlumatı “Bloomberg” agentliyi yayıb.
Parmele bu vəzifədə maliyyə naziri Karin Keller-Satteri əvəz edəcək.
Fransızdilli bölgədən olan Parmele Federal Şuranın ən uzunmüddətli üzvü sayılır. O, 2021-ci ildə də ölkə prezidentinin səlahiyyətlərini icra edib. Sağçı İsveçrə Xalq Partiyasının üzvü olan Parmele ixtisasca üzümçüdür.
Qeyd edək ki, İsveçrədə prezident postu hər il Federal Şuranın yeddi üzvü arasında növbəlilik prinsipi ilə dəyişir və daha çox simvolik xarakter daşıyır.
