...

ABŞ Venesuela sahillərində tankeri saxlayıb

Dünya xəbərləri Materials 11 Dekabr 2025 02:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Venesuela sahillərində tankeri saxlayıb.

Trend xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp açıqlayıb.

“Xəbər baxımından maraqlı gün idi. Bildiyiniz kimi, biz indicə Venesuela sahillərində bir tankeri saxladıq. Böyük tanker, çox böyükdür. Başqa şeylər də baş verir. Siz bunu sonra görəcək və başqa insanlarla danışacaqsınız”, – ABŞ lideri Ağ Evdə jurnalistlərə bildirib.

Daha əvvəl “Bloomberg” mənbələrə istinadən xəbər verib ki, ABŞ hərbçiləri Venesuela sahillərində neft tankerini ələ keçirib və saxlayıblar. Gəmi sanksiya siyahısına daxil edilib. Agentlik qeyd edib ki, bu addım iki ölkə arasında gərginliyin ciddi şəkildə artmasına səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti