...

Qəzza "Sülh Şurası"nın üzvləri gələn ilin əvvəlində açıqlanacaq - Tramp

Dünya xəbərləri Materials 11 Dekabr 2025 07:26 (UTC +04:00)
Qəzza "Sülh Şurası"nın üzvləri gələn ilin əvvəlində açıqlanacaq - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza "Sülh Şurası"nın üzvlərinin siyahısı gələn ilin əvvəlində elan olunacaq.

Trend-in məlumatına görə, o, Şuranın qlobal liderlərdən ibarət olacağını qeyd edib.

Tramp açıqlamasında bunun “indiyədək yaradılan ən əfsanəvi şuralardan biri” olacağını vurğulayıb. Onun sözlərinə görə, Şura əsasən dünyanın ən vacib ölkələrinin rəhbərlərindən formalaşacaq və “hamı bu qurumda yer almaq istəyir”.

Atəşkəs sazişinə əsasən, "Sülh Şurası"nın Qəzzanın idarə olunmasında yardımçı rol oynaması nəzərdə tutulur. ABŞ Prezidenti həmçinin qrupun sədri vəzifəsini icra edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti