Bakı. Trend:
"OpenAI" ilə "Walt Disney" arasında üç illik lisenziya sazişi imzalanıb.
Trend xəbər verir ki, məlumat "OpenAI"nin rəsmi saytında dərc olunub.
Razılaşmaya əsasən, "ChatGPT Images" və "Sora" istifadəçiləri artıq "Disney", "Marvel" və "Pixar" filmlərinə məxsus 200-dən çox personajın təsvir və videolarını yaratmaq imkanı əldə edəcəklər.
Bundan başqa, "Disney" şirkəti "OpenAI"yə ümumi dəyəri bir milyard dollar olan investisiya qoymağı planlaşdırır.