Bakı. Trend:
Avropada dondurulmuş Rusiya aktivlərindən Ukraynaya “reparasiya krediti”nin verilməsi üçün istifadə olunması ilkin mərhələdən etibarən “ölü ideya” olub, çünki hüquqi baxımdan belə bir addım yolverilməzdir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban rəsmi “X” səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabər olacaqdı.
Xatırladaq ki, dekabrın 19-da Avropa İttifaqı liderləri 2026-2027-ci illə ərzində Ukranyanın blokun ümumi büdcə vəsaitləri hesabına 90 milyard avro dəyərində maliyyələşməsini razılaşdırıb. Öncədən bu istiqamətdə müzakirələrin aparılmasına rəğmən Ukraynanın Rusiyanın Avropada dondurulmuş aktivlərinin Kiyevin maliyyələşdirilməsinə cəlb edilməsi məsələsi yekun qərarda yer almayıb.
