Bakı. Trend:
ABŞ Sahil Mühafizəsinin hərbçiləri əlavə qüvvələrin bölgəyə çatmasından sonra Venesuelaya doğru Panama bayrağı altında hərəkət edən “Bella-1” adlı neft tankerinin ələ keçirilməsi cəhdinə başlaya bilərlər.
Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi dekabrın 23-də mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Sahil Mühafizəsi dekabrın 21-dən etibarən təqib etdiyi Venesuela ilə əlaqəli tankerin göyərtəsinə çıxmaq və onu ələ keçirmək üçün əlavə qüvvələrin gəlişini gözləyir.
Qeyd olunur ki, tanker heyəti ABŞ hərbçilərinin gəminin göyərtəsinə daxil olmasına razılıq vermir.
