...

Almaniyada mənzil qiymətləri artıb

Dünya xəbərləri Materials 25 Dekabr 2025 02:38 (UTC +04:00)
Almaniyada mənzil qiymətləri artıb

Bakı. Trend:

Almaniyada evlərin və mənzillərin qiymətləri bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artıb.

Trend xəbər verir ki, Federal Statistika İdarəsinin məlumatına görə, bu, qiymətlərin ardıcıl dördüncü rübdə artdığını göstərir.

Üçüncü rübdə qiymətlər ikinci rüblə müqayisədə 1 faiz artıb.

Qiymət artımı ölkənin bütün regionlarında müşahidə olunub. Xüsusilə şəhər ərazilərində fərdi evlər və mənzillər daha çox bahalaşıb. Almaniyanın yeddi ən böyük şəhərində evlərin qiyməti 2,7 faiz, mənzillərin qiyməti isə 2,8 faiz yüksəlib. Mövcud göstəricilər daşınmaz əmlak bazarında qiymət artımının davam etdiyini göstərir.

Xəbər lenti

Xəbər lenti