Bakı. Trend:
Amerikanın ən məşhur lotereyalarından olan “Powerball”da Milad bayramı ərəfəsində təşkilatın tarixindən ən böyük cekpotlarından biri - 1,8 milyard dəyərində mükafat oynanılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, cekpotun qalibi Arkanzas ştatının sakini olub.
Lotereyanın rəsmi saytı hələlik həmin bəxtəvərin kimliyini açıqlamır. Vergilərin çıxılmasından sonra xalis mükafatın 835 milyon dollar təşkil edəcəyi bildirilir.
Bundan başqa daha səkkiz nəfər nisbətən kiçik məbləğli – 1 milyon ABŞ dolları həcmində mükafatları qazanıblar.
Qeyd edək ki, “Powerball” tarixində rekord cekpot məbləğinin (2,04 milyard dollar ) uduşu 7 noyabr 2022-ci ildə qeydə alınıb. Qalib Kaliforniya sakini Edvin Kastro olub və o, vergilərin çıxılmasından sonra xalis 1 milyard dollar əldə edib.
