...

Demokrat senatorlar Trampın 30-a yaxın səfirin geri çağırılması barədə qərarını ləğv etməsini istəyir

Dünya xəbərləri Materials 25 Dekabr 2025 11:47 (UTC +04:00)
Demokrat senatorlar Trampın 30-a yaxın səfirin geri çağırılması barədə qərarını ləğv etməsini istəyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də Demokrat senatorlar prezident Donald Trampın ölkə xaricində olan az qala 30-a yaxın diplomatik missiya rəhbərini geri çağırması barədə qərarını ləğv etməyə çağırıblar.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Senatorlar əmin edirlər ki, belə bir addım ölkənin rəhbərliyində “təhlükəli vakum yaradacaq” və bu vəziyyətdən sui-istifadə edən Rusiya və Çinöz nüfuz dairəsini genişləndirə bilər.

Hazırda ABŞ-nin 100-dən çox səfirliyində rəhbər yoxdur, belə ki, həmin diplomatik missiyalara yeni səfir təyin olunmayıb.

Demokratların bu barədə yazdıqları məktubda qeyd olunur ki, yeni diplomatlar seçilənədək Çin, Rusiya və digər ölkələr ABŞ-nin “faktiki olaraq kənarda qoyacağı” xarici liderlərlə müntəzəm əlaqələri davam etdirəcək ki, bu da ölkənin rəqiblərinə öz təsirlərini artırmaq, eləcə də ABŞ dövlətinin maraqlarını məhdudlaşdırmaq, hətta onlara zərər vurmaq imkanı yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti