Bakı. Trend:
Çində “Yebatan” su elektrik stansiyasının birinci mərhələsi rəsmi olaraq elektrik enerjisi istehsalına başlayıb.
Trend xəbər verir ki, bu obyekt ölkədə tağşəkilli bəndə malik olan və inşa edilmiş ən yüksək dağlıq su elektrik stansiyasıdır.
Stansiyanın ümumi quraşdırılmış gücü 2,24 milyon kilovat olacaq. Hazırda isə ümumi gücü 1,02 milyon kilovat təşkil edən ilk iki turbin istismara verilib. Su elektrik stansiyasının bəndinin hündürlüyü 217 metrə çatır.
Qeyd olunur ki, tikinti işləri dəniz səviyyəsindən yüksəkdə, soyuq iqlim və dağlıq ərazidə olmaqla son dərəcə çətin şəraitdə aparılıb. Buna baxmayaraq, mühəndislər cəmi bir ay ərzində iki turbinin işə salınmasına nail olublar.
