...

İran istənilən təcavüzə qarşı qəti və sərt reaksiya göstərəcəyini açıqlayıb

Dünya xəbərləri Materials 30 Dekabr 2025 08:53 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın xəbərdarlığından sonra İranın Ali Lideri Əli Xameneinin siyasi müşaviri Əli Şamxani Tehrana qarşı hər hansı təcavüz halında sərt cavab tədbirləri görüləcəyinə əminlik ifadə edib.

Trend xəbər verir ki, Əli Şamxani bu barədə “The Jerusalem Post” qəzetinə göndərdiyi açıqlamada bildirib.

“İranın raket imkanları və müdafiə potensialı idarəolunmazdır və heç bir icazə tələb etmir, yaxud ondan asılı deyil. İstənilən təcavüzə dərhal və sərt cavab veriləcək, bu cavab planlaşdırıcıların bütün gözləntilərini aşacaq”, – deyə Şamxani vurğulayıb.

Onun sözlərinə görə, İranın müdafiə doktrinasına uyğun olaraq, əks-tədbirlər təhdidlər reallaşmadan əvvəl hazırlanır.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramını bərpa etməyə cəhd göstərəcəyi təqdirdə, İranın ciddi nəticələrlə üzləşəcəyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti