...

Pakistanda qatı duman çoxsaylı qəzalara yol açıb – 9 ölü, 30 yaralı

Dünya xəbərləri Materials 30 Dekabr 2025 12:39 (UTC +04:00)
Pakistanda qatı duman çoxsaylı qəzalara yol açıb – 9 ölü, 30 yaralı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın Pəncab əyalətindən qatı dumanla əlaqədar yollarda baş verən ağır yol qəzalarında 9 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Dumanlı havada görmə məhdudlaşdığı üçün Sahival, Pakpattan, Okara, Toba Tek Sinq kimi rayonların yollarında nəqliyyat hadisələri baş verib.

Toba Tek Sinq rayonunda qatı dumanda bir avtobus rikşa ilə toqquşub. Nəticədə 3 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Sahival rayonunda isə baş vermiş qəzada 2 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti