Bakı. Trend:
Avropa İttifaqı və aparıcı Avropa ölkələrinin liderləri ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşün nəticələrini nəzərə alaraq Ukraynadakı münaqişənin həlli məsələləri ilə bağlı videokonfrans formatında məsləhətləşmələr aparıblar.
Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, avropalı liderlər Kiyevin Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücumla bağlı Kremlin iddiaları və bu səbəbdən Moskvanın mümkün reaksiyasını müzakirə ediblər.
Videokonfrans formatında görüşdə Almaniya Kansleri Fridrix Merts, Finlandiya Prezidenti Aleksandr Stubb, Polşanın Baş naziri Donald Tusk və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen iştirak ediblər.