Bakı. Trend:
Çinin "Çançjen-7A" raketi çərşənbə günü "Shijian A" və "B" peyklərini orbitə çıxarıb.
Trend-in məlumatına görə, bu barədə "CCTV" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, buraxılış kosmik hədəflərin aşkarlanması üzrə yeni texnologiyaların sınaqdan keçirilməsi üçün həyata keçirilib.
Raket Pekin vaxtı ilə səhər saat 06:40-da Haynan adasındakı Vençan kosmodromundan buraxılıb. Peyklər daşıyıcıdan ayrıldıqdan sonra təyin olunmuş orbitə uğurla daxil oldular.
Cihazlar əsasən kosmik mühiti öyrənmək, eskperimentlər aparmaq və müxtəlif yeni texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.