...

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında dəmir alətlə beş nəfəri yaralayıb

Dünya xəbərləri Materials 31 Dekabr 2025 05:18 (UTC +04:00)
Əfqanıstanlı kişi Britaniya xəstəxanasında dəmir alətlə beş nəfəri yaralayıb

Bakı. Trend:

İngiltərənin şimal-qərbində yerləşən bir xəstəxanada lomla silahlanmış əfqan əsilli kişinin təcili yardım şöbəsində insanlara hücum etməsi nəticəsində beş nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Mersisayd polisinin yaydığı açıqlamada bildirilir.

Məlumata görə, hadisə Nyuton-le-Uillouz şəhərində baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, 20 yaşlı kişi xəstəxanaya müraciət edib, lakin aqressiv davranışına görə qəbul edilməyib və ərazini tərk etməsi istənilib. Bundan sonra o, qəbul masasına və ətrafda olan şəxslərə hücum edib.

Xəbər lenti

Xəbər lenti